SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovun çəkdiyi foto sosial şəbəkədə geniş müzakirə obyekti olub.

"Qafqazinfo” xəbər verir ki, Türkiyənin ən yüksək dağı olan Ağrı dağın fotosunu facebook hesabında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova paylaşıb:

"Ararat bu gün öz gözəlliyi ilə heyran etdi. Sergey Lavrov da özünü saxlaya bilməyib fotonu çəkdi”.

Qeyd edək ki, foto sosial şəbəkədə ermənilər, türklər və azərbaycanlılar tərəfindən ciddi müzakirə mövzusu olub. Ermənilər Araratın bir vaxtlar ermənilərə aid olduğunu və onu türklərdən geri alacaqlarını bildiriblər. 

Rusiya XİN rəhbərinin bu addımının Türkiyə hökuməti tərəfindən nota ilə cavablandırılacağı ilə bağlı sosial şəbəkə istifadəçilərdən birinin şərhinə cavab olaraq Mariya Zaxarova bir əhvalat danışıb:

"Ermənistan SSR-nin gerbində Araratın olması ilə bağlı Türkiyə hökumətinin etirazına cavab olaraq xarici işlər naziri Çiçerin demişdi: "Türkiyə bayrağında da aypara həkk olunub, lakin Ay Türkiyə ərazisinin bir hissəsi deyil”.
 
BAKU.WS