SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanlı aktyor, şair Səbuhi Zaman Türkiyədə veriliş aparmağa başlayıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə aktyorun özü məlumat verib.

S. Zaman bildirib ki, layihə 30 oktyabr tarixindən Kanal G-də yayımlanmağa başlayıb.

O, verilişi həmyerlimiz Aydan Haqverdiyeva ilə birgə aparır.

Qeyd edək ki, "Adını sen söyle” verilişi musiqili poeziya formatlı layihədir.

Xatırladaq ki, S. zaman sonuncu dəfə şair Vaqif Bəhmənlinin Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə yazdığı şeiri səsləndirməsi ilə gündəmə gəlmişdi.
 
BAKU.WS