SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın neft maqnatı, "Cənubi Ural Sənaye Şirkəti”nin rəhbəri Rəşid Sərdarovun 25 yaşlı qızı Viktoriya məşhur fotoqraf Pavel Antonovun oğlu Antona ərə gedib.

"Qafqazinfo”nun "Tatler.ru”ya istinadən verdiyi məlumata görə, cütlüyün toyu Praqada "Jofin” sarayında keçirilib.

Toy mərasiminə Rusiyanın biznes və sənət dünyasından bir çox məşhur dəvət olunub. Qonaqlar sırasında Rusiyada yaşayıb-fəaliyyət göstərən azərbaycanlı biznes-ledi Aysel Trudel də olub.

Qeyd edək ki, Rəşid Sərdarov 100 milyon dollarlıq sərvətə sahibdir və Rusiyanın 500 ən varlı adamı siyahısındadır.

O, 1983-85-ci illərdə Bakıda Geofizika Elmi-Tədqiqat İnstitutunda rəhbər vəzifədə çalışıb.
 
BAKU.WS