SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyalı neft maqnatı Rəşid Sərdarovun 25 yaşlı qızı Viktoriya "Gipsy” klubunun mühafizə xidmətinin işçisinə ərə gedib.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, cütlük 2 il görüşüblər.

Praqada olan toy mərasimində dünyaşöhrətli müğənni Robbi Uilyams və "Madcon” qrupu oxuyub. Gecədə bəylə gəlinin fotolarını çəkərək, sosial şəbəkələrdə paylaşmaq qadağan edilib.
 
Qeyd edək ki, Rəşid Sərdarov Rusiyanın ən varlı 500 adamından biridir. 
 
Aysel Şirinzadə
BAKU.WS