XƏBƏRDARLIQ: Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

XƏBƏRDARLIQ: Azərbaycanda hava şəraiti kəskin dəyişəcək
Şou-biznes 3018
 

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10° isti, gündüz 11-16° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.

Rayonlarda əsasən yağmursuz keçəcək, səhər duman olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti oktyabr ayının sonunadək davam edəcəyi gözlənilir.

BAKU.WS

Oxşar xəbərlər

Sabah qar yağacaq

Sabah qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya D...

2 Şou-biznes 13:56 17 oktyabr 2016

Son xəbərlər