SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda və Abşeron yarımadasında, eləcə də, respublikanın bölgələrində oktyabrın 24-nə gözlənilər hava şəraiti açıqlanıb.

BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah yarımada ərazisində arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Məlumata görə, havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan artıq 770 mm civə sütunundan, 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.
 
Şahin Həbibov
BAKU.WS