VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onlar üçün zarafat ünsiyyət tərzidir və yumorsuz həyat darıxdırıcıdır. Bəzi bürclərin nümayəndələri zarafatsız gün yaşaya bilməzlər.

BAKU.WS hansı bürclərin ən zarafatcıl və pozitiv olduğunu təqdim edir:

Şir

Şir bürcü insanları girdikləri hər mühitdə bütün diqqətləri özünə çəkməyi sevirlər. Bu səbəbdən də ətraflarında hər kəsin diqqətini çəkmək üçün mütəmadi olaraq zarafatlar edirlər.

Onlar hər kəsə nə qədər gülməli olduqlarını və inkişaf etmiş yumor hissini göstərirlər. Şir bürcü olan insanlar yaxşı müşahidə qabiliyyətinə malikdirlər.

Qarşılaşdıqları situasiyalardan zarafat edə, zehinlərində fərqli yumor yarada, zarafat kimi təqdim edib hamını güldürə bilirlər. Onların bu münasibəti sosial çevrələrində çox populyardır və onlar daim axtarılır.

Qız

Qız bürcünə malik olan insanlar çox vaxt digərləri tərəfindən soyuq biri kimi tanınırlar. Halbuki onlar çox zarafatcıl və istiqanlıdırlar.

Qız bürcləri zəkaları sayəsində ətraflarında baş verən hadisələri tez bir zamanda müşahidə edə bilirlər.

Elə bu səbəbdən də hər kəsi güldürür, heç kimin ağlına gəlməyəcək zarafatlarla bütün diqqəti cəlb edə bilirlər. O, hər şeyi "trollaya" bilir və inkişaf etmiş yumor hissi, kəskin zəkası ilə hər kəsi heyran edir.

Oxatan

Oxatanlar şən və enerjili insanlardır. Onlar həmişə həyatın müsbət tərəflərini görməyə çalışırlar. Xüsusilə Oxatan bürcü kişiləri danışqan və zarafatcıl rəftarları ilə az qala hər kəsin diqqətini çəkə bilirlər. Heç kimi incitmədən çox ağıllı zarafatlar edirlər.

Bununla belə, oxatan bürcü bəzən zarafatlardan qarşı tərəfi tənqid etmək və ya fikirlərini ifadə etmək üçün istifadə edə bilər. Buna görə də bəzən dediklərinizin ciddi və ya zarafat olduğunu müəyyən etmək çətin ola bilər.

BAKU.WS