SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Məhəmməd Əsəd bəyin (Qurban Səid) "Əli və Nino" əsəri əsasında çəkilən filmin treyleri yayımlanıb.
 
BAKU.WS-in məlumatına görə, Britaniyanın "PeaPie Films" kino şirkəti tərəfinən çəkilən filmdə müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edilir.
 
Filmin çəkilişləri ötən il Azərbaycanda başlayıb. Filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi britaniyalı yazıçı, ssenarist və kinorejissor, "Oskar" mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır.
 
Azərbaycanlı Əlixan Şirvanşirin rolunu isə aktyor Adam Bakri canlandırıb. Onun sonuncu işi olan "Ömər" filmi "Ən yaxşı xarici film" nominasiyasında bir sıra nüfuzlu mükafatlara layiq görülüb. 
 
Şahin Həbibov
BAKU.WS