SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Beynəlxalq elm adamlarından ibarət olan "Pale Red Dot" heyəti uzun araşdırmalar nəticəsində əldə etdiyi nəticəni açıqlayıb.
 
BAKU.WS-in məlumatına görə, elm adamlarının şərhində, yeni planetin kəşf olunduğu və dünyaya bənzədiyi qeyd edilib. Günəşdən çox daha kiçik və soyuq olan "qırmızı cücə ulduz"un "Proksima Sentauri" orbitində olduğu bildirilib.

"Proksima Sentauri" orbitində olduğu üçün "Proksima b" adı verilən yeni planetin kainatda dünyaya ən çox bənzəyən planet olduğu açıqlanıb.

Elm adamlarının Şilidəki "La Silla" rəsədxanasında həssas spektrometr vasitəsi ilə kəşf etdiyi planetin dünyanın 1,3 qatı böyüklüyündə olduğu və dünyadan 1,2 işıq ili uzaqlıqda olduğu bildirilib.

Elm insanları heyətində yer alan "Karneqie Elm Təşkilatı"ndan Paul Batler mövzuyla əlaqədar açıqlama verib. Bu kəşfin 30 illik bir araşdırma nəticəsində reallaşdırıldığını bildirən Batler həmçinin, dünyaya ən yaxın planetlər ətrafında yüzlərlə planet kəşf etdiyini qeyd edib.

Şahin Həbibov
BAKU.WS