SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Beynəlxalq Kosmos Stansiyasında (UUİ) bir il qaldıqdan sonra Dünyaya geri qayıdan kosmonavtlarla bağlı maraqlı məlumatlar əldə olunub.
 
BAKU.WS-in məlumatına görə, rus kosmonavt Mixael Kornienko və ABŞ-dan olan Skott Kelli üzərində araşdırmalar aparılıb. İlk gözə çarpa dəyişiklik isə NASA kosmonavtı Kellinin boyunun 5 sm uzanmış olmasıdır. 

Bu əslində yeni bir vəziyyət deyil. NASA mütəxəssisləri kosmos səfəri edənlərdə boyun uzanmasının müşahidə edildiyini əvvəlki araşdırmalardan biliblər. Cazibə qüvvəsi olmayan mühitdə onurğalar üzərində təzyiq olmadığından insan onurğası uzanır. 

İki kosmonavt kosmosda tam 340 gün, yəni normal qalma müddətinin iki misli vaxt keçiriblər. 52 yaşındakı Kelli və 55 yaşındakı Kornienko uzun müddət kosmosda qalmanın insan bədəni üzərindəki təsirinin araşdırılmasında iştirak edirlər. 

Elm insanları eyni zamanda, Skott Kellini araşdırarkən, eyni müddəti dünyada keçirən əkizi Mark ilə də müqayisə apararaq maraqlı nəticələr əldə etməyi ümid edirlər. Bu araşdırmanın nəticəsinə uyğun olaraq gələcəkdə Marsa kosmonavt göndərilməsi nəzərdə tutulur. 
 
BAKU.WS