Ağcaqanad sancması ölümə səbəb ola bilər?

Ağcaqanad təhlükəli həşərat sayılmiz. Arı və xüsusilə də eşşək arısı ilə müqayisədə ağcaqanad sancmaları insana narahatlıq versə də əksər hallarda ciddi fəsadlara səbəb olmur.
Rusiyalı terapevt İrina Doljkovanın sözlərinə görə, çox nadir hallarda olsa da ağcaqanad sancması insanda ağır allergik reaksiyaya və hətta ölümə səbəb ola bilər.
Bu nə zaman mümkündür? Allergiyaya meylli insanlarda ağcaqanad sancması güclü allergik reaksiyaya o cümlədən Kvinke ödemi və anafilaktik şoka gətirib çıxarda bilər.
Bu səbəbdən ağcaqanad sancmasından sonra sizdə səpki, ödemlər, nəfəsalmanın çətinləşməsi, başgicəllənmə kimi simptomlar əmələ gəlibsə, dərhal təcili yardım çağırın.
Həmçinin nadir hallarda olsa da ağcaqanad sancması zamanı orqanizmə daxil olan infeksiya septik şoka səbəb ola blər. Məhz ağcaqanad sancmasından sonra inkişaf etmiş septik şok bu ilin iyilun əvvəlində Böyük Britaniya vətandaşı olan Oriana Pepperin ölümünə səbəb olub.
Oxşar xəbərlər
Həşərat sancması zamanı nə etmək lazımdır? - Həkimdən VACİB AÇIQLAMA
Yay fəslində ən çox narahatlıq doğuran məqamlardan biri həşəratların fəallaşmasıdır. Onların dişləməsi allergik reaksiyalara səbəb olur, çünki həşəratın tüpürcə...
