Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Prezidentinin qızı Leyla Əliyeva ad günü münasibəti ilə onu təbrik edənlərə təşəkkürünü bildirib. 

BAKU.WS xəbər verir ki, Leyla Əliyeva bu barədə öz Facebook səhifəsində yazıb. Ad günü tortu ilə fotosunu paylaşan Prezidentin qızı ona təbrik göndərənlərə minnətdarlıq edib.

«Əziz dostlar! Təbriklərinizə görə təşəkkür edirəm. Sizin sözləriniz mənim üçün çox dəyərli və əzizdir», - Əliyeva vurğulayıb.
 
BAKU.WS