SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Hava ilə bağlı növbəti xəbərdarlıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Departamentindən  verilən məlumata görə, iyulun 5-dən 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.

İyulun 5-də Bakı və Abşeron yarımadasında şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntıların intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.