SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Aysan Pərvaz” İranda fəaliyyət göstərən tanınmış turizm şirkətlərdən biridir. Bu şirkət Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Tailand, Rusiya və dünyanın bir çox turizm məkanlarına səyahətlər təşkil edir.

Şirkət İranın "ATA Airlines” aviaşirkəti ilə müqavilə bağlayaraq iyunun əvvəlindən etibarən Tehran-Bakı-Tehran, Təbriz-Bakı-Təbriz çarter təyyarə reysləri açıb.

BAKU.WS "Marja"-ya istinadən xəbər verir ki, şirkətin baş direktor Seyid Məhəmməd Mirrezayi bildirib ki, iranlı turistlərin yalnız Bakıya deyil, Azərbaycanın rayonlarına da səfərləri təşkil ediləcək.

Qəbələdə, Gəncədə, Qubada olduğunu deyən S.M.Mirrezayi Tehran-Qəbələ-Bakı-Tehran, Təbriz-Qəbələ-Bakı-Təbriz səyahət reyslərinin açılması üzərində də işlədiklərini nəzərə çatdırıb. Qış aylarında "Şahdağ” istirahət mərkəzinin də maraqlı olduğunu qeyd edib.
Hələlik həftənin bazar ertəsi və cümə axşamları Tehran və Təbrizdən Bakıya səyahət reysləri təşkil olunur. Hər həftə Tehrandan 300, Təbrizdən 200 olmaqla, 500 turist Azərbaycanın paytaxtına səyahət edir.

BAKI-MƏŞHƏD REYSİ AÇILACAQ

Baş direktor yaxın zamanlarda Bakı-Məşhəd reysinin açılması istiqamətində çalışdıqlarını söyləyib və Azərbaycandan İrana turistlərin cəlb edilməsindən danışıb. O, İranın İsfahan, Şiraz, Kiş adası, Ramsar kimi gözəl guşələrində azərbaycanlı turistlərin istirahət etməsinin təşkili üçün işlər aparıldığını bildirib.
Qarşıdan Ramazan bayramı gəlir. İranlılar bayram günlərində istirahət və səyahət etməyi sevirlər. Ramazan bayramında da İrandan Azərbaycana turist axınının olacağı gözlənilir. İranlılara görə, Bakı dəniz kənarında yerləşən çox gözəl, eyni zamanda, təhlükəsiz şəhərdir. Azərbaycan və İran xalqlarının din, dil, adət-ənənə yaxınlığı Bakını iranlılar üçün daha cəlbedici edir.
 
BAKU.WS