SİZİN REKLAM BURADA!
055 213 76 73



Antik mifologiyada Kalliopa muzası bir neçə istiqamətə birdən himayə edirdi: epik poeziya, elm və fəlsəfə. 21-ci əsrdə isə Kalliopa tamamilə yeni, qeyri-adi rolda çıxış edir: o, gözəl italyan geyiminin mütləq bahalı olması haqda əfsanəni alt-üst edir. 

"Calliope” italyan brendi bunun bariz nümunəsidir. Demək olar ki, "Calliope”, dəb sənayesində "light glamour” (yüngül qlamur) adlanan üslubda müasir və eleqant geyim təklif edən yeganə addır. O özündə zərif və eksklüziv italyan üslubunu ehtiva edir, mükəmməl keyfiyyətə malikdir, eyni zamanda da aşağı-qiymət sektorunda özünə daimi məskən salıb.

Adətən bu cür məlumat böyük təəccüb hissi doğurur. Və təbii ki, buradan da suallar irəli gəlir. Biz isə, öz növbəmizdə, ən çox verilən sualları cavablandırırıq.

"Calliope” brendi kimə ünvanlanıb?

"Calliope” geyimləri gənc və özünü gənc hiss edən, dəbi izləyən, eleqant trendlərlə ayaq uydurmağa çalışan, amma eyni zamanda geyim üçün həddən artıq büdcədən kənara çıxmaq istəməyənlər üçün nəzərdə tutulmuşdur. "Calliope” tez-tez görkəmini dəyişmək və yeni ahənglərlə daima təcrübələr aparmaq istəyənlərin seçimidir. "Calliope” öz individuallığını nümayiş etdirmək, cazibədar və hətta ehtiraslı olmaqdan qorxmayanlar üçündür. 

"Calliope” kimin üçündür – qadınlar yoxsa kişilər?

"Calliope” markası həm kişi, həm də qadın geyim xəttlərini təqdim edir. Model və rəng uyğunluqları həm təmkin, həm də ekzotik təbiətdən ilhamlanan daha əlvan çalarları əhatə edir. 
 
"Calliope” kolleksiyaları hansı tezliklə yenilənir?

"Calliope” italyan üslub həvəskarlarını ildə bir neçə yeni kolleksiya ilə sevindirir. 

"Calliope” geyimi harada hazırlanır?

"Calliope”-nin qərargahı, Federiko Fellininin vətəni və Adriotik sahillərində ən  böyük italyan kurortu olan, Emiliya-Romaniya regionuna daxil olub, eyniadlı əyalətin inzibati mərkəzi olan Riminidə yerləşir. Rimini kübar həyatın və Aralıq dənizi sahillərində şopinqin ən böyük mərkəzidir.

"Calliope”-ni Bakıda nə zaman əldə etmək mümkün olacaq?

15 iyun tarixində Azərbaycanda ilk "Calliope” butiki açılacaqdır. 500 metrlik ərazisi olan mağaza Bakının "Ganjlik Mall” alış-veriş mərkəzində yerləşəçəkdir. İlk alıcıları rəngarəng italyan əyləncə gecəsi və "Calliope”-dən gözəl sürprizlər gözləyir. 

Bakıdakı "Calliope” mağazasında qiymətlər necə olacaq?

Bir neçə misal gətirə bilərəm: ətək – 19,99 AZN, don – 29,99 AZN, top – 9,99 AZN, bluz – 19,99 AZN, şort – 24,99 AZN.

Nəyə görə "Calliope” geyimini Riminidə deyil, məhz Bakıda almaq əlverişlidir?

Bunu, "Ganjlik Mall” və italyan Rivierasına gediş haqqlarını müqayisə etdikdən sonda anlamaq olduqca asandır. 

"Calliope” haqda harada oxumaq olar?

Brendin rəsmi internet səhifəsində (www.calliope.info) və sosyal şəbəkələrdəki səhifələrdə: Facebook və Instagram