VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Adriatik sahillərində yerləşən günəşli Rimini şəhərciyi Aralıq dənizinin ən yaxşı və məşhur kurortlarından biridir. Amma italyanlar da öz ənənələrinə sadiq qalaraq, zamanla yoxlanmış klassikayla kifayətlənmir, yeni ərazilər kəşf etməyə davam edirlər. 

Riminidə yaradılmış məşhur və dəbli brend belə də adlanır – "Terranova”, yəni Yeni Dünya. Burada, cavan və dələduz, bol enerjili və həyatın dadını çıxarmağı bacaran proqressiv dəb həvəskarları üçün geyimlər hazırlanır.

"Terranova”, sərfəli qiymətə dəbli geyim axtaranlar, digərlərindən fərqlənmək istəyənlər, sadəcə dəbli deyil, hətta ən şıq tərzi ilə seçilənləri arxada qoymaq istəyənlər üçün əla seçimdir. 

"Terranova” brendi "fast fashion”, yəni "tez dəb” kateqoriyasına aiddir. Bu isə o deməkdir ki, kolleksiyalar tez-tez yenilənir və aparıcı dəb tendensiyalarını diqqətlə izləyir. İldə bir neçə dəfə olaraq "Terranova” üç istiqamətdə bazara yeni libaslar təqdim edir: yüngül qlem, şəhər dəbi və idman paltarı. Oğlanlar üçün "Terranova Kids” kolleksiyası da öz eleqant idman üslubu ilə seçilir. Balaca qızlarımız üçün təqdim olunan "Terranova Kids” geyimləri isə hamıya romantik ab-hava və əsl italyan füsunkarlığını bəxş edir. 

2016-cı il "Terranova” brendi üçün əlamətdar oldu, çünki məhz bu il məşhur italyan markası nəhayət Azərbaycana gəldi. 

"Terranova”-nın ilk mağazası 15 iyun tarixində, paytaxtımızın ən iri ticarət və əyləncə mərkəzi olan "Ganjlik Mall”-da açılacaqdır. Ümumi sahəsi 700 kvadrat metrdən artıq olan bu mağazada olduqca geniş çeşiddə ən yeni italyan trendləri təqdim olunacaqdır. Kişi, qadın və uşaq geyimləri, həmçinin alt paltarı kolleksiyalarının yaradılması üçün Rimini dizaynerləri italyan günəşi, Adriatik dənizinin mavi suları, əla musiqi və ən gözəl müasir rəssamların işlərindən ilham almışlar. Brend nəhayət Azərbaycan dəb sevərlərinin həyatına italyan zərifliyi, Aralıq dənizinin lətafəti və italyan Rivierasının hərarətini özündə ehtiva edən "fast fashion” anlamını gətirəcəkdir.

Mağazanın açılışında təşkilatçılar ilk 300 alıcıya, aldıqları əşyanın qiymətindən asılı olmayaraq, 20 manatlıq hədiyyə kuponunu təqdim etməyi öz üzərinə götürürlər. 
Bu isə o deməkdir ki, siz "Terranova” mağazasına yenidən qayıtmağa can atacaqsınız.

"Terranova” brendinin yenilikləri haqqında www.terranovastyle.com rəsmi internet səhifəsində, və təbii ki, Facebook, Instagram, YouTube-da daha çox məlumat əldə edə bilərsiniz.