SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Məşhur italyan müğənni İn-Grid bu dəfə də azərbaycanlıların sevgisini qazanıb.

BAKU.WS məlumat verir ki, Gəncədə səfərdə olan müğənni "Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı”nın açılış mərasimində səhnəyə çıxıb. İnqrid səhnədə məşhur "Sarı gəlin” xalq mahnımızı ifa edib. Müğənnin ifası böyük maraqla qarşılanıb. 

Qeyd edək ki, italyan müğənni Azərbaycanda yeni albom hazırlayır. Diskə Azərbaycan, italyan, ingilis və fransız dilində mahnılar daxil olacaq.
 
BAKU.WS