SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Aralıq dənizində Suriya qaçqın uşaqlarının boğulması ilə nəticələnən dəhşətli hadisəyə tanınmışlar da səssiz qalmayıblar.


BAKU.WS
-in məlumatına görə, tanınmış türk müğənni Sibel Can Instagram səhifəsində bu hadisəyə çox üzüldüyünü bildirib. Müğənni öz duyğularını belə qeyd edib: "Uşaqlar yatarkən səssiz olmalıdırlar, ölərkən yox!”

Komediya ustası Şahan Gökbakan da sosial şəbəkərə uşaqların ölümünü pisləyib: "2015-ci il... Dəniz sahilindən ölkəmizə ölü uşaqların cəsədləri gəlir. Nə qədər üzücü və biabırçı hadisədir. Əslində ölən uşaqlar deyil, ölən insanlıqdır! Buna görə dövlət başçıları məsuliyyət daşıyır. Siyasət uğrunda canlar gedir. Allah bu zülmü yerdə qoymayacaq!”

Türkiyə millisinin və "Qalatasaray”ın sabiq üzvü Hakan Şükür də sosial şəbəkədə hadisəyə münasibət bildirib. O, uşaq ölümünün çox acı və ürəkyaxan hadisə olduğunu deyib. Tanınmış fulbolçu eyni zamanda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı ittiham edib.


Dənizdə boğularaq ölmüş azyaşlı uşağın şəklini twitter səhifəsində paylaşan Şükür Ərdoğanın buna görə məsuliyyət daşıdığını qeyd edib.
"Sentyabr 2012 Rəcəb Tayyib Ərdoğan: "Şamda cümə namazı qılacağıq”. Sentyabr 2015 suriyalı uşaqların cəsədləri Türkiyə sahillərində”- deyə keçmiş futbolçu qeyd edib.

Xatırladaq ki, Türkiyə Muğla vilayətinin Bodrum rayonu sahillərində 12 suriyalı qaçqının olduğu rezin qayıq batıb. Suda boğularaq ölənlər arasında azyaşlı uşaqlar da olub. 


Ziya Səccad
BAKU.WS