Bu gün  Bakı  və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, səhər zəif duman olacaq, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17 dərəcə isti, gündüz 24-28 dərəcə isti, Bakıda gecə 14-16 dərəcə isti, gündüz 25-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 13-18 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. 
 
BAKU.WS