Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi - FOTO

Azərbaycanda bu gün evlənən cütlüyün nikah şəhadətnaməsi itib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə paytaxt ərazisində qeydə alınıb.
Belə ki, mayın 17-də 1996-ci il təvəllüdlü Quliyev Azər Xəqani oğlu ilə 1998-ci il təvəllüdlü Salamova Gülnaz Ağaməmməd qızı arasında Bakıda yerləşən 2 saylı "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsində nikah bağlanılıb. Amma mərkəzdə cütlüyə verilən nikah şəhadətnaməsi onlar evlərinə gedən zaman itib.
Cütlüyə aid şəhadətnəmə sonradan paytaxtın Xətai rayonunda, "Nargilə" kimi tanınan ərazidə tapılıb. Hazırda şəhadətnaməni tapan vətəndaş onu sahiblərinə təqdim etmək üçün cütlüyü axtarır.
Qalereya
Oxşar xəbərlər
“Boğazı qopub, üstümə düşmüşdü...” – Qadın zabitin DƏHŞƏT DOLU MÜHARİBƏ XATİRƏLƏRİ
I Qarabağ müharibəsi veteranı, Dövlət Sərhəd Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Aliyə Piriyeva müharibənin dəhşətli anlarından danışıb.BAKU.WS xəbər ver...