SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın "Rapunzel"i kimi tanınan Daşik Qubanova sosial şəbəkələrin yeni fenomenidir. Gənc qadın dünya mediyasının gündəmindədir. 
 
BAKU.WS məlumat verir ki, Instagram hesabında fotolarını paylaşdıqdan sonra məşhurlaşan Daşik 13 ildir saçlarını kəsmir. 2003-cü ildən bu günə kimi saçına qayçı dəyməyən gənc qadın bu ənənəni uzun illər davam etdirmək istəyir. O bildirib ki, məqsədi saçının yerə dəyəcək qədər uzanmasıdır. 
 
Instagramda 118 min izləyicisi olan rus gözəlini sosial şəbəkə istifadəçiləri "Rusiyanın Rapunzeli" adlandırırlar. 
 
Qeyd edək ki, Daşik Qubanova ailəlidir, bir qız övladı var. 
 
BAKU.WS