SİZİN REKLAM BURADA!
055 213 76 73



Son zamanlar "selfie" kimi tanıdığımız fotolar sosial şəbəkələrdə dəb halını alıb. "Selfie" sözünün mənası özü öz şəklini çəkmək deməkdir. 
 
Hamı tərəfindən böyük marağa, əyləncəyə səbəb olan "Selfie” fotolar "Instagram”, "Facebook” kimi tanınan sosial şəbəkələrdə daha geniş yayılıb. Sıravi insanlardan tutmuş, dünya siyasətçiləri, bir çox tanınmış insanlar da "selfie”lər çəkib, sosial şəbəkələrdəki şəxsi hesablarında paylaşırlar.
 
Bu dəfə ki qəhrəmanımız da çəkdiyi "selfie"lərlə məşhur olub. Allan Dikson adlı gənc digər "selfie" həvəskarlarından daha fərqlisini edərək qısa müddətə sosial şəbəkələrin fenomeninə çevrilib. Belə ki, Dikson heyvanlarla "selfie"lər edərək sosial şəbəkələrdə paylaşıb.
 
Diksonun fotoları sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Beləliklə, Allan Dikson sosial şəbəkələrin qəhrəmanlarından biri olmağı bacarıb. Allan bildirib ki, o bunu etməkdən böyük zövq alır:
 
"Heyvanları çox sevirəm. Onlarla "selfie" edərək uğur qazanmağımın yeganə səbəbi heyvanların insanlardan fərqli olaraq səmimi düşməsidir. Bəli, onlar olduqları kimi düşür, kameraya işləmirlər".
 
Ayşən Ayxan 
BAKU.WS