Martda 14 gün iş olmayacaq

01
mar
2021
10:24
Mart ayında 14 gün qeyri-iş günü olacaq.
BAKU.WS bildirir ki, ayın ilk bayramı 8 Mart - Beynəlxalq Qadınlar Gününə düşür.
Həmçinin Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, martın 20 və 21-i istirahət günlərinə düşdüyündən 25 və 26-sı da bayram günü hesab olunur. Martın 27-si və 28-i isə həftəsonuna təsadüf edir.
Beləliklə, mart ayında ümumilikdə 14 gün qeyri-iş günü olacaq.
Oxşar xəbərlər
Aylıq ulduz falı - iyun, 2018-ci il
BAKU.WS az.astroloq.com-a istinadən iyun ayının ulduz falını təqdim edir:Qoç - Qoç bürcünün evlilik evində yerləşən və iki ay yarım geri getdikdən sonra doğru d...
