SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Qoç - Maliyyə işləriniz bu gündən başlayaraq qaydasına düşəcək. Bu istiqamətdə sizə kənardan da dəstək olacaq. 

Buğa - Saat 15-ə qədər ovqatınıza mənfi təsir edən hadisələr cərəyan edəcək. Bu gün çox pul xərcləməyin.

Əkizlər - Fəaliyyət sahəsində müəyyən irəliləyişlərə nail olmaq üçün ulduzlar sizə şans yaradacaq. İkitərəfli sövdələşmələriniz uğurlu olacaq.

Xərçəng - Saat 13:00-a qədər yaxşı heç nə gözlənilmir. Sonrakı müddətdə isə hər hansı problemlə rastlaşmayacaqsınız. 

Şir - Sizə qarşı qərəzli çıxışlar ola bilər. İmkan olsa, nahardan sonra qonaq gedin. 

Qız - Maraqlı hadisələrin şahidi olacaqsınız. Enerjinizi xeyirxah işlərə yönəldin. 

Tərəzi - Bürcünüz üçün hansısa uğur vəd olunmur. Əsas diqqətinizi səhhətinizə yönəldin. Qeybətdən uzaq olun.

Əqrəb - Günortaya kimi gərgin dəqiqələr yaşaya bilərsiniz. Zövq məsələlərində partnyorunuzla sözünüz çəp gələcək. 

Oxatan - Gününüz maraqlı keçəcək. Qonaq getmək üçün uyğun gündür.
 
Oğlaq - Şəxsi işlərinizdə böyük dönüş yaranacaq. Perspektivlərinizi reallaşdırmağa can atın.
 
Dolça - Maliyyə məsələlərində çətinliyiniz olsa da, qarşılıqlı münasibətlər zəminində işləriniz qaydasında gedəcək. Ailə üzvləri ilə gərginlik yaşaya bilərsiniz. 

Balıq - Ulduzlar yeni və sevindirici hadisələrin iştirakçısına çevriləcəyinizdən xəbər verir. Heç bir məsələdə riskə getməyin.