SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qoç - Bir neçə əlamətdar hadisə gözlənilir. Qarşılıqlı münasibətlərdə vəziyyət xeyrinizə dəyişə bilər.
 
Buğa - Enerjiniz artacaq. Bu səbəbdən də qarşınıza qoyduğunuz planları reallaşdırma yolları haqqında düşünməlisiniz. 

Əkizlər - Yeni dostlar qazanacaq, maraqlı hadisələrin şahidi olacaqsınız. Amma mübahisələrə yol verməməli, uzaq yola çıxmamalısınız.
 
Xərçəng - Şəxsi münasibətlərdəki soyuqluğu aradan qaldırın. Bu gün təzə xəbər eşidəcəksiniz.
 
Şir - Astroloji göstəricilər bu ərəfədə əksər proseslərin xeyrinizə cərəyan edəcəyini bildirir. Enerjili olacaqsınız.
 
Qız - İnsanlara xeyirxahlıq göstərin. Bu arada dilinizdən yalnız xoş sözlər çıxsın.

Tərəzi - Çoxsaylı səfər və qonaqlıqlarda iştirakınız labüddür.
Sevdiyiniz adamların ətrafında olmaqla daxili sıxıntılarınızı aradan qaldıra bilərsiniz.
 
Əqrəb - Uğurlarınız kifayət qədər artacaq. Maliyyə məsələləri də qismən qaydasına düşəcək.
 
Oxatan - Qarşınızda olduqca səmərəli sövdələşmələr durur. İstənilən danışıqda təşəbbüskarlığı ələ ala biləcəksiniz.
 
Oğlaq - Şəxsi büdcənizdə bəzi problemlər ola bilər. Mövcud situasiyalardan təkbaşına qurtula bilməsəniz, etibarlı insanlara müraciət edin.
 
Dolça - Səbrsizlik etməyə lüzum yoxdur. Əksinə, əzmkarlığınızı artırmaqla çox şeyə nail ola bilərsiniz. 

Balıq - Günü səmərəli şəkildə keçirmək üçün ətrafınızdakılarla səmimi davranın. Maraqlı səfərlər yolunuzu gözləyir.