Qazimizin bacısı: “Qardaşım əsir düşməmək üçün özünü dağdan atıb” - VİDEO

17
noy
2020
10:34
“Qardaşım döyüşlər başlayanda könüllü olaraq ön cəbhəyə yollandı. Laçında ağır döyüşlərdə ayaq və qol nahiyəsindən yaralanıb”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında İkinci Qarabağ döyüşlərində iştirak edən əsgər Rufullayev Əsgərin bacısı bildirib. O qeyd edib ki, qardaşı möcüzə nəticəsində sağ qalıb:
“Ermənilər qardaşımı snayperlə vurublar. Günlərlə ac-susuz qalıb. Əsir düşməmək üçün özünü dağdan aşağı atıb. Allaha şükr olsun ki, həyatdadır, sağ qalıb.
Hazırda Horadizdə hospitalda müalicə alır. Bütün tibb işçilərinə təşəkkür edirik, qardaşıma gözləri kimi baxırlar”.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...