İmişli sakini həmkəndlisini bıçaqlayaraq öldürüb

11
avq
2020
23:51
İmişlidə qətl hadisəsi baş verib.
BAKU.WS-in məlumatına görə, hadisə İmişli rayonunun Göbəktala kəndində baş verib.
Kənd sakini, 1984-cü il təvəllüdlü Pünhan Nağı oğlu Hüseynov mübahisə zəminində yaxın qohumlar olan - 1990-cı il təvəllüdlü Səbuhi Rüzgar oğlu Əmrahovu və 1985-ci il təvəllüdlü Amid Əvəz oğlu Əmrahovu bıçaqlayıb.
Sonuncu hadisə yerində ölüb, Səbuhi Əmrahov isə yaralı vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. P.Hüseynov polis tərəfindən saxlanılıb.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Oğlunu öldürdüb gəlini ilə eşq yaşayan ata - Azərbaycanda ən səs-küylü QƏTLLƏR
Azərbaycanda elə cinayət hadisələri baş verib ki, onlar böyük səs-küyə səbəb olub, cinayətin detalları isə insanın qanını donduran tipdən olub. BAKU.WS “Ölkə.Az...
