Hacıqabulda qadın naməlum şəxs tərəfindən bıçaqlanıb

03
apr
2020
23:04
Hacıqabul rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Hacıqabul sakini, 1993-cü il təvəllüdlü Nəbiyeva Səbinə Əkbər qızı qarın və kürək nahiyəsinin bıçaqlanma yarası ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub. Onun kim tərəfindən bıçaqlanması aydınlaşdırılır. Təcili yardım yaralı qadını yaşadığı Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən mənzildən götürüb. Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Evli kişi 3 qızı zorla yatağa saldı – Bakıdakı cinayətin TƏFƏRRÜATLARI
Bakıda zorlama, seksual xarakterli zorakılıq hərəkətləri etməkdə, şantaj, quldurluq və soyğunçuluq cinayətləri törətməkdə təqsirli bilinən Astara rayon sakini,...
