SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeronda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Əliyeva Gülgəz Qurban qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qırtlağın kəsilmiş yarası diaqnozu qoyulub.

BAKU.WS