VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 15 yaşlı yeniyetmə bıçaqlanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən "Metro Park"ın yaxınlığında qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü R.Hüseyn naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin arxa səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

BAKU.WS