Azərbaycanda 8-ci sinif şagirdinin başı kəsilib? – RƏSMİ AÇIQLAMA

08
noy
2019
14:41
Sosial şəbəkələrdə 8-ci sinif şagirdinin başı kəsilməsi ilə bağlı video paylaşıb.BAKU.WS xəbər verir ki, o, hadisənin Şəmkirdə baş verdiyi bildirilir.Qız hamilə qaldığı üçün atasının Rusiyadan sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyi iddia olunur.Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirilib ki, hazırda fakt araşdırılır.Bakı şəhərində azyaşlının qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu barədə BAKU.WS-ə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib. İdarədən qeyd edilib ki, nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb.Qeyd edək ki, sosial şəbəkədə 8-ci sinif şagirdinin hamilə qaldığı, buna görə də atasının sifarişi ilə əmisi tərəfindən başı kəsildiyi məlumatı yayılıb.***Şəmkir kənd seçki dairəsindən deputat Sona Vəliyevanın köməkçisi Ruslan Cahangirovun BAKUWS-ə verdiyi məlumata görə, Şəmkirdə belə bir hadisə baş verməyib:“Bu günlərdə belə bir hadisə baş verməyib. Daha əvvəl də olsaydı xəbərimiz olardı”.
Oxşar xəbərlər
Rusiya vətəndaşının Vilayət Eyvazova müraciəti araşdırılır
Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Rusiya Federasiyasının vətəndaşı Mehman Quliyev respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazo...
