
Tovuzda yerli sakin güllələnib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Tovuz şəhərində qeydə alınıb.
Rayonun Abulbəyli kənd sakini, 1990-cı il təvəllüdlü Eldəniz Zirəddin oğlu Kazımov topuğundan güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə güllələndiyi araşdırılır.
Daha əvvəl Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS