VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sentyabrın 13-də Daşkəsənin Tapan kəndində ata və anasını işgəncə verərək öldürmək istəyən və qaçıb meşədə gizlənən Firdovsi Bağırov polisə təslim olub.

BAKU.WS 
xəbər verir ki, həftələrdir Firdovsinin axtarışının nəticəsinin olmadığını görən ailə "Səni axtarıram"a müraciət edib.


Uşaqlarına və həyat yoldaşına mütəmadi olaraq işgəncə verən Firdovsi onları öldürəcəyi ilə hədələyirdi.


Təhlükə içində olan ailə kömək üçün Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramına üz tutub. Firdovsinin 15 yaşlı qızı Aytac Hidayətqızına məktub yazıb atasının tezliklə tapılıb, həbs edilməsini istəyib. 



Xoşqədəm Hidayətqızı "Səni axtarıram"ın studiyasında dünən yenidən tamaşaçılara müraciət edib.


Firdovsinin xalası oğlu canlı yayıma bağlanaraq Firdovsinin ona zəng edib, şikayətlərini polisdən geri götürmələrini tələb edib.


Xoşqədəm Hidayətqızı isə birbaşa efirdə Firdovsiyə müraciət edərək, ən doğru yolun polisə təslim olmaq olduğunu bildirib. Bu müraciətlərdən sonra Firdovsi bu gecə polisə təslim olub.


BAKU.WS