VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Paytaxtın Yasamal rayonu ərazisində azyaşlı uşağın mobil telefonunun əlindən alınması barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, dərhal Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Müəyyən edilib ki, naməlum şəxs Abşeron rayon sakini O.Kərimlinin Zərdabi küçəsində saxladığı “Mercedes” markalı avtomobilində olan azyaşlı oğluna zor tətbiq edərək mobil telefonunu alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Kamil Məmmədov olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS