SİZİN REKLAM BURADA!
055 213 76 73



Adam öldürməyə görə axtarışda olan Rusiya vətəndaşı saxlanılıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rusiya Federasiyasının vətəndaşı Timur Səfərov saxlanılaraq istintaqa təhvil verilib.

Ziya SƏCCAD
BAKU.WS