SİZİN REKLAM BURADA!
055 213 76 73



Salyanda 2014-cü ilin mart ayında həyat yoldaşı Mehparə Əliyevanı və dörd qızını xüsusi amansızlıqla qətlə yetirərək cəsədlərini yataq otağının zirzəmisində gizlətmiş manyak-qatilə qardaşları kömək edib.

BAKU.WS-in məlumatına görə, bu barədə qətlə yetirilən Mehparə Əliyevanın qardaşı Xəzər TV-də yayımlnanan “Səni axtarıram” verilişinə müsahibəsində deyib.

Onun sözlərinə görə, qatil Fərhad Əliyev qardaşları ilə qonşudur və evləri yan-yanadır.

“Ola bilməz ki, qardaşlarının bu cinayətdən xəbəri yoxdur. Məncə qardaşlarınin da bu qətldə əli var”, - deyə Mehparənin qardaşı bildirib.
Onun sözlərinə görə, Fərhad Əliyevin qardaşları heç dəfn mərasimində də iştirak etmədilər.

Qeyd edək ki, fakta bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.1. (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKU.WS