SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Çin vətəndaşı Yuan Tiangangın məhkəməsi başlayır.

"Report"un məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin iyulunda paytaxtın Nizami rayonunda baş verib.

Belə ki, Çin vətəndaşı, 1983-cü il təvəllüdlü Yuan Tiangangın Keşlə qəsəbəsi ərazisində yerləşən yataqxanada aralarında yaranmış mübahisə zamanı həmyerlisi 1975-ci il təvəllüdlü Pan Yuan Lianga dəmir parçası ilə xəsarətlər yetirib. Hadisə nəticəsində zərərçəkmişin həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Y.Tiangang təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

BAKU.WS