SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmazda kustar üsulla partlayıcı vasitələr hazırlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində kustar üsulla tezalışan partlayıcı vasitələrin gizli şəkildə hazırlanmasını və satışını həyata keçirən Sadiq Qanbayev saxlanılıb.

Sadiq Qanbayevin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub.

BAKU.WS