VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 17-də saat 22 radələrində Suraxanı rayonu ərazisində 1978-ci il təvəllüdlü Qabil Qənbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon Prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin kürəkəni, 1987-ci il təvəllüdlü Taleh Heydərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə bıçaqla çoxsaylı xəsarətlər yetirib Qabil Qənbərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Taleh Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

BAKU.WS