Dörd nəfərin ölümünə səbəb olan sürücünün hansı vəzifəni tutduğu məlum oldu - FOTO

Xəbər verdiyimiz kimi, ötən gecə Novxanı-Sumqayıt yolunda 4 nəfərin ölümünə səbəb olan ağır avtomobil qəzası baş verib.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Range Rover” markalı 10 CO 002 dövlət nömrə nişanlı avtomobili ilə qəzaya səbəb olan “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyevlə bağlı bəzi məlumatları əldə edib.
Belə ki, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışan E.Kəlbəliyev, “Əlincə” futbol klubunun prezidenti olub. Maraqlıdır ki, 2010-cu ildə yaradılan, ötən il isə fəaliyyətini dayandıran sözügedən klubun təsisçi də Kəlbəliyevin qayınatası, “Bağçalı Evlər” MTK-nın rəhbəri Məhərrəm Novruzov olub.
Qeyd edək ki, E.Kəlbəliyev qəzanı törədən zaman sərxoş olub. O, hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.
Qalereya
Oxşar xəbərlər
Əxlaqsız qızını tualetdə tutan atadan dəhşətli əməl - VİDEO
Ötən il oktyabrın 31-i saat 22 radələrində Quba rayon Barlı kənd sakini, 1991-ci il təvəllüdlü Zeynab İmanquliyeva qətlə yetirilib. BAKU.WS BAKU.TV-yə istinadən...
