SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Vəlibəyov Qamal Artyomoviç qəbiristanlıq ərazisinə aparılıb. Naməlum şəxslərdən biri ona bir neçə bıçaq zərbəsi vurub.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralının bədən və aşağı ətrafına ümumilikdə 7 bıçaq zərbəsi vurulub.

BAKU.WS