VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyədə reytinq rekordları qıran "İçerde” serialının yeni anonsları yayımlanıb. 
 
BAKU.WS-in məlumatına görə, Çağatay Ulusoy, Aras Bulut İynemli və Çetin Tekindorun baş rollarda olduğu ekran işində Sarpın Umutla qardaş olduğunu bildiyi məlum olacaq. Ən azından serialın tizeri bunu deməyə əsas verir. 

Serialı izləyənlər iki qardaşın bir-birinə qarşı amansız mübarizəsinin şahidi olub. Final bölümə yaxınlaşan serialın son bölümlərində iki baş rol qəhrəmanının qardaş olduqlarının bilinməsi böyük maraqla gözlənilirdi. 

Ekran işi bu gün, Bakı vaxtı ilə, saat 21:00-da "Show TV"də yayımlanacaq. 

Şahin Həbibov
BAKU.WS