VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğalçı Ermənistan ordusunu misilsiz məğlubiyyətə uğradaraq Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsində iştirak edən azərbaycanlı hərbçi Türkiyəni özünə heyran qoyub.

BAKU.WS xəbər verir ki, "A Haber"in canlı yayımı zamanı türk aparıcılar xoş sürprizlə qarşılaşıblar. Kanalın əməkdaşı Kerim Ulak cəbhədə baş verənlərlə bağlı son xəbərləri çatdırmaq üçün hərbçilərin əhatəsində canlı efirə qoşulub. O, bildirib ki, Ermənistan ordusunun, o cümlədən baş nazir Nikol Paşinyanın vəziyyəti ağırdır. "Qardaşlarımız, şanlı Azərbaycan ordusu dastan üstünə dastan yazmağa, erməniləri məhv etməyə davam edir". 

Hərbçilərdən biri Türkiyənin İstiqlal marşından bir parça deyib:

"Ben ezelden beridir hür yaşadım hür yaşarım.

Hangi çılgın bana zincir vuracakmış şaşarım.

Arkadaş, yurduma alçakları uğratma sakın,

Sipər et gövdəni, dursuz bu hayasızca axın".

Hərbçi ən böyük xəyalının işğaldan azad edilən torpaqlarda - Xankəndidə "Galatasaray" "Qarabağ" matçı izləmək olduğunu deyib.

BAKU.WS
VİDEO