SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənilər sentyabrın 27-dən bu günə qədər cəbhədə böyük itkilər verməklə Azərbaycan Ordusu qarşısında açıq şəkildə aciz görünürlər.

BAKU.WS xəbər verir ki, sadə erməni xalqı bu məğlubiyyət barədə sosial şəbəkələrdə yazır. Onlar itirdikləri yüksək rütbəli hərbçilərinin və əsgərlərinin fotolarını paylaşırlar.
Qeyd edək ki, erməni tərəfi Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində daha 21 hərbçisinin öldüyünü açıqlayıb.

Xəbər verildiyi kimi, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

BAKU.WS
QALEREYA