SİZİN REKLAM BURADA!
055 213 76 73


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə şəhid övladına planşet hədiyyə edib. 

BAKU.WS
xəbər verir ki, bu barədə "Şəhidlərimiz" Facebook səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, bu il iyun ayının 1-də Aprel şəhidi Raquf Orucovun məktəbli oğlu Nihad Oruclu nazir Ramin Quluzadə ilə görüşdə planşetinin köhnə olduğunu bildirib.

Nazir söz verib ki, yeni dərs ilində ona planşet hədiyyə edəcək. R.Quluzadənin söz verdiyi planşet artıq şəhid övladına çatdırılıb. Buna görə Raquf Orucovun ailəsi nazirə öz təşəkkürünü bildirib. 


Xatırladaq ki, polkovnik-leytenant Raquf Orucov Aprel döyüşlərində şəhid olub. "Murov qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı 26 il vətən yolunda xidmət edib. O, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. 

BAKU.WS