SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Aprel döyüşləri zamanı ən intensiv döyüşlərin baş verdiyi Tərtərin Talış kəndi ermənilər tərəfdindən mühəndis-istehkam qurğuları ilə möhkəmləndirilir.

Yerevan Azərbaycan ordusunun operativ nəzarəti altında qalan kəndi yenidən bərpa etməklə mülki sakinləri həmin ərazidə yaşamağa vadar etmək istəyir. Bununla, cəmiyyətdə ruh yüksəkliyi yaratmağa çalışsa da, yerli sakinlər kəndə qayıtmaq istəmir.

Talış kənd administrasiyasının rəhbəri Vilen Petrosyan əvvəllər Azərbaycan ordusunun mövqelərinin Talış kəndinin təxminən 3 kilometrliyində yerləşdiyini desə də, apreldəki döyüşlərdən sonra Azərbaycan ordusunun Talışın 1 kilometrliyində mövqe qurduğunu və ətrafdakı strateji yüksəkliklərdən kəndi nəzarət altında saxladığını deyib.

"Apreldə azərbaycanlılar kəndimizə doğru 2 kilometr irəlilədirlər. Bu şəraitdə kəndə qayıtmağımız təhlükəlidir. Bəzi evlər Azərbaycan ordusunun mövqelərindən açıq-aşkar görünür. Talış sakinləri kəndə dönmək üçün təhlükəsizlik təminatı istəyir".

Lakin Ermənistan və Qarabağdakı separatçı qurum rəsmiləri kəndin guya, hərbi baxımdan tamamilə möhkəmləndirildiyini və yeni tikiləcək evlərin Talışın Azərbaycan ordusu tərəfindən görünməyən hissəsində yerləşəcəyini deyib.

Bütün vədlərə və güzəştlərə baxmayaraq, hələ ki Talış kəndinə heç bir sakin geri qayıtmayıb. (Modern.az)
 
BAKU.WS