SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ münaqişəsi artıq yoxdur və bu, Bakı və İrəvanın sülh istiqamətində irəliləməsinə yol açıb”.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzetində dərc olunan “Azərbaycan sülh məşəlini yandırıb” başlıqlı məqalədə deyilir.
 
Müəllifin fikrincə, Qarabağ münaqişəsi bir daha təsdiqləyib ki, müharibəsiz sülh bərqərar olmur.
 
Qeyd edilib ki, Azərbaycanın 9 günlük ciddi təzyiqi nəticəsində İkinci Qarabağ müharibəsinin başlanmasının ildönümündə “Dağlıq Qarabağ Respublikası” adlı kvazi-qurum mövcudluğuna xitam verib: “Bununla bu məsələ tamamilə həll olunub. Bu, İkinci Qarabağ müharibəsinin qanunauyğun nəticəsi idi”.
 
Müəllif vurğulayıb ki, “Stepanakert” adını yaddan çıxartmaq lazımdır, çünki şəhərə Xankəndi olan öz tarixi adı qayıdır.
 
Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın son ildırımsürətli antiterror tədbirləri zamanı Bakının onu hər hansı müdaxilədə ittiham etməməsi üçün hər şey edib: “Bu, onu göstərib ki, İrəvan Bakının formulunu qəbul edib”.
BAKU.WS