SİZİN REKLAM BURADA!
055 213 76 73


Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Ərazisi 730 kv. km, əhalisi 41,75 min nəfərdir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.

Ərazisi orta və alçaq dağlar sahəsindədir, mürəkkəb, parçalanmış səth quruluşuna malikdir. Rayonda çöküntü süxurlarından başqa vulkanik materiallar - yura, tabaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır.

Rayonun bitki örtüyü Araz palıdı bitən kerofit meşələr, mərkəzi hissədə və şimalda kolluqlardan ibarətdir. Zəngilanın faunası belədir: rayonun cənubunda oxlu kirpi, cənub-şərqində çöl qabanı, ayı, cüyür yaşayır. Quşlardan qırqovul, kəklik, meşə xoruzu, gəlincik, sərçə, qarğa, sağsağan, qumru, vəhşi göyərçin, tülkü, boz dovşan, canavar burada da geniş yayılmışdır.

Rayonun ərazisində iki iqlim tsikli qərarlaşıb. Bunların əsasını mülayim isti iqlim və qışı quraq keçən yarımsəhra-çöl iqlimi təşkil edir. Zəngilan düzənlərin, yüksəkliklərin, çay axarlarının yaratdığı dərələrin bir-birini əvəzlədiyi mürəkkəb, həm də maraqlı, gözoxşayan yer quruluşuna malikdir. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri, Bəsitçay.

Bəsitçay – Zəngilan rayonu ərazisindən axan çaydır. Bartaz yaylasından başlayaraq axarı boyunca Qixovuz, Kükrətaz, Sobusu çaylarını özünə birləşdirir. Baharlı kəndindən keçərkən Rəzdərə kəndində Rəzdərəçay adlanır.

Araz çayının sol qolu olmaqla öz mənbəyini Ermənistan Respublikasından götürür. Çayın uzunluğu 44 km (17 km-i Azərbaycan ərazisinə düşür) su toplayıcı hövzəsi isə 354 km²-dir (156 km²-i Azərbaycan ərazisinə düşür). Çayın en kəsiyindən az sulu illərdə 0,65 m³/san, orta sulu illərdə 2,10 m³/san, çox sulu illərdə isə 4,05 m³/san su axır. Çay Ermənistanın dağ kəndlərinin donuz fermalarının tullantıları ilə çirkləndirilir. Zəngilan rayonu ərazisində çay. Araz çayının qoludur. Xalq arasında Balaçay da adlanır. Çayın Baharlı kəndindən axan hissəsi Baharlı, Rəzdərə kəndindən axan hissəsi isə Rəzdərə adlanır. Bu çayın axdığı Bəsitçay dərəsi (bəzi mənbələrdə Basutçay dərəsi) dövlət qoruğudur və burada nadir çinar ağacları qorunur.

Tədqiqatçılar bu hidronimi monqol mənşəli besut tayfasının adı ilə bağlayırlar. Hidronim bəsit (bəst fars. "sığınacaq, toxunulmaz yer"; İranda qədim adətə əsaslanan ərazi toxunulmazlığı hüququ; məbədlər, məscidlər, sərdabələr) və çay (su hövzəsi) komponentlərindən düzəlib, ərazinin toxunulmaz olduğunu bildirir. Tacikistanda Bəsid, Cənubi Azərbaycanda Bəsit adlı kəndlərin olması məlumdur.

BAKU.WS