SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Ermənilər Ağdərədəki son vəziyyəti çəkiblər.
 
BAKU.WS-in məlumatına görə, Madaqiz qəsəbəsində yaşayan ermənilər şiddətli döyüşlərin səngiməsindən sonra kəndlərə qayıtmayıb. Kənd icmasıın nümayəndəsi bildirib ki, sakinlər aprelin əvvəlində atışma zamanı birbaşa Yerevana üz tutublar. Nə qədər cəhd edilsə də kənd sakinlərini təmas xəttindəki yaşayış məntəqələrinə gətirmək mümkün olmayıb. Kənddə yalnız yaşlı insanlar və əsgərlər yaşayır.
 
Erməni jurnalistlərin danışdırdığı tək-tük sakinlərdən biri cəbhədəki son vəziyyətlə bağlı bunları deyib: "Biz qorxuruq ki, cəbhədə yenə atışmalar başlasın. Ona görə də yaxınlarımızın çox kəndə gəlməkdən imtina edir. Biz irəli deyil, ancaq geri qayıtmaq barədə düşünürük. Şiddətli döyüşlər zamanı kənd icmasının nümayəndələri əhalini təxliyyə etmək əvəzinə qaçıb gizlənib. Ona görə də biz yerli məmurlara etibar etmirik".
 
BAKU.WS