SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Ordusunun aprel ayının əvvəlindəki uğurlu əməliyyatından sonra ermənilər Qarabağı tərk etməkdə davam edirlər. 

BAKU.WS erməni mənbələrinə istinadən xəbər verir ki, artıq təmas xəttinə yaxın bir neçə rayon və kənd boşaldılıb. Talış, Seysulan, Hindarx və digər kəndlərdə yaşayan ermənilər Xankəndinə və İrəvana üz tutublar. Son məlumatlara görə ötən gün Talışda qalan 90 ailə də bir başa Ermənistanın paytaxtına qaçıb. 

Azadlıq radisonun erməni xidmətinin yaydığı məlumatda isə artıq Ağdərənin də tamamilə boşaldıldığı məlum olur. Radionun əməkdaşları Ağdərədə olublar və boşaldılmış evləri və separatçıların yerli nümayəndələrinin məskunlaşdığı binaların boşaldıldığını çəkiblər.

BAKU.WS həmin görüntüləri təqdim edir: